Metroda gediş haqqı ilə bağlı güzəştlər tətbiq edilə bilər – EKSPERT YENİLİKLƏRİ AÇIQLADI - VİDEO

Bu ilin əvvəlində ölkə başçısı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı sərəncam imzaladı. Bu sərəncama və paytaxtın Baş planına əsasən, bir sıra addımların atılması işlərinə artıq başlanılıb.
Avtosfer.az xəbər verir ki, addımların ən böyük və demək olar ki, ən bahalı hissəsi Bakının metro sistemi ilə bağlıdır. Belə ki, ilkin mərhələdə 5 il ərzində 10 yeni stansiyanın tikilməsi nəzərdə tutulur ki, bu stansiyaların bəzilərinin tikintisinə artıq başlanılıb. Bir qism tikiləcək stansiyanın yerinin dəqiqləşdirilməsi prosesi gedir.

Dünən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Vüsal Aslanov nəqliyyat məsələri üzrə mütəxəssislərlə görüş keçirib və onların təkliflərini dinləyib. Görüşdə, həmçinin, metropolitenlər əlaqədar planlaşdırılan yeniliklərdən danışılıb.
Nəqliyyat eksperti Elməddin Muradlı paytaxtın metro sistemində planlaşdırılan yeniliklərlə bağlı saytımızın sosial şəbəkə hesablarında canlı yayımda izləyicilərə məlumat verib. Ekspert bildirib ki, cəmiyyəti sədri tərəfindən bir sıra maraqlı idealar irəli sürüldü. Bunlardan biri də Bakı Mühəndislik Universiteti yaxınlığında metro stansiyasının qurulmasıdır:
.jpg)
“Bu universitet “Vaz” dairəsi yaxınlığında yerləşir. Tələbələrin təhsil almasını daha da ictimai nəqliyyat sarıdan dəstəkləmək məqsədilə bu ərazidə metro şəbəkəsi qurula bilər. Ali məktəblərin şəhərdən kənara çıxmasını təmin etmək üçün nəzərdə tutulan ərazilərdə mütləq şəkildə nəqliyyat əlaqələndirmələri ilə bağlı məsələlər həll edilməlidir. Ölkəmizdə belə bir təcrübə əvvəlcədən var. Məsələn, “Xocəsən” metrostansiyasının tikintisi bu ərazilərdə inkişafa təkan verdi. Metronun açılışından sonra bu ərazidə torpaqların qiyməti artdı, yeni ticarət və əyləncə mərkəzləri, müxtəlif fəaliyyətlər üzrə müəssisələr açıldı. Bu ərazidə metronun tikintisi həm də Lomonosov adına Moskva Dövlət Universitetinin tələbələrinə də təhsildə dəstək məqsədi daşıyırdı”.
Elməddin Muradlının izləyicilərin suallarını da cavabladığı həmin canlı yayımı sizə təqdim edirik:
Səfər
Yeni sədr özünə müşavir təyin etdi - FOTO
Sərnişinlərin NƏZƏRİNƏ: Azərbaycanda yeni qatar reysi fəaliyyətə başlayır - FOTO
Bakıda yeni metro stansiyasının istifadəyə veriləcəyi TARİX BİLİNDİ
"Şamaxinka"da hərəkətin tənzimlənməsinin süni intellekt versiyası təklif edilib - VİDEO
Bakıda yeni tikiləcək stansiyaların yerləri MƏLUM OLDU
Tıxaclara son? - Bakı bu tarixə qədər tramvay şəbəkəsinə keçir
Xətai rayonunda piyadaların təhlükəsizliyi üçün yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni şura yaradıldı - FƏRMAN
Bakıdakı bu zolaq maraqla qarşılandı - FOTO
Bu yolda avtobus zolağı ləğv edildi - VİDEO
Uçan taksilər FƏALİYYƏTƏ BAŞLADI - FOTO










