Metroda işləmək istəyənlərə şad xəbər

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üçün növbəti ödənişsiz kurs elan edir. Bu barədə Avtosfer.az-a "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurs təşkil edir. Kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək. Kursda iştirak edən xanımların yaş həddi 18-30 arası, boy isə minimum 170 sm olmalıdır. Kursa qəbul olunan xanımların orta təhsilli olması, Azərbaycan dilini əla səviyyədə bilməsi, Bakı şəhərində qeydiyyatda olmaları tələb olunur. Kursa cəlb ediləcək oğlanlar üçün isə yaş həddi 22-30 arası, boy minimum 170 sm, hərbi mükəlləfiyyətli, təhsili texniki ali olmalıdır. Kursa müraciət edənlər Azərbaycan dilini mükəmməl bilməli, Bakı şəhərində qeydiyyatda olmalıdır. Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır.
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.
Müraciət üçün son tarix 05.08.2016-cı il nəzərdə tutulub.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












