Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulmasına başlanılıb – FOTO+VİDEO

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulmasına başlanılıb. İlkin mərhələdə 154 km uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri-Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Bu, "Azəravtoyol" ASC-dən Avtosfer.az-a daxil olan məlumatda bildirilir.
Həmin hissənin uzunluğu 16,5 km-dır. Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Hazırda mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndirilir, hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq.
Hazırda Mingəçevir şəhəri-Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır.
Layihəyə uyğun olaraq yol geyimi konstruksiyasının qalınlığı 72 sm olacaq. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Bu hissədə Kürəkçay üzərində 1 aşırımlı, 18 poqon metr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılacaq.
Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun bu hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yoluna rahat gediş-gəlişi təmin olunacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq





















