Mobil qurğuların işinə müdaxilə edən dron yaradılıb

“Bishop Fox” şirkətinin direktoru məsafədən qurğuların təhlükəsizlik sistemində boşluq axtarmaq qabiliyyətinə malik “Danger Drone” (Təhlükəli Dron) adlı kvadrakopter konsepsiyasını hazırlayıb. Onun “Top Gun” (Ən yaxşı atıcı) filmini izlədikdən sonra belə dron yaratmaq ideyası ağlına gəlib. O, uçan və ətrafdakı qurğulara müdaxilə edən cihaz yaratmaq haqda düşünüb. Amma təhlükəsizlik sahəsi üzrə mütəxəssis insanların məlumatlarının ələ keçirilməsi üçün qurğu yaratmağı planlaşdırmayıb. Əksinə, o, qurğuların təhlükəsizlik sistemində boşluqların axtarışı üçün pilotsuz təyyarədən istifadəni nəzərdə tutub. Mobil qurğulara havadan müdaxilə edən dron “Raspberry Pi” mini kompyuteri əsasında işləyir.
İndi havadan qurğulara müdaxilələr artıb və Braunun sözlərinə görə, “Danger Drone”nun köməyi ilə təhlükəsizlik problemini həll etmək olar. Belə pilotsuz təyyarədən istifadə etməklə “Wi-Fi” şəbəkələrə, mobil qurğulara, kamera və bir çox başqa cihazların işinə müdaxilə etmək mümkündür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












