Motokuryerlər sürücülük vəsiqəsi və nömrə almağa başlayıb - VİDEO

Motokuryerlərin sürücülük vəsiqəsi və qeydiyyat nişanı alması ilə bağlı qərar qüvvəyə minib. Milli Məclisin qəbul etdiyi qərarda sürət həddi 50 km/saat və daha yuxarı olan nəqliyyat vasitələrinə sürücülük vəsiqəsi və dövlət qeydiyyat nömrəsi almaq tələb olunur.
Sosial şəbəkələrdə yayılmış videoda artıq moto istifadəçilərinin müvafiq sənədi və nömrəni aldığı görünür. Belə ki, nəqliyyat vasitəsinə texniki şəhadətnamə, dövlət qeydiyyat nişanı, sürücüyə isə sürücülük vəsiqəsi təqdim olunub.
Ekspert Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə mühərrikin işçi gücü 50 kubsantimetr və yüksək olan nəqliyyat vasitələrini idarə edən şəxs “A1” alt kateqoriyası üzrə sürücülük vəsiqəsinə malik olmalıdır.
“Sürücülərin könüllü şəkildə qanunvericiliyin tələblərinə riayət etməsi təqdirəlayiqdir. Bu cür məsuliyyətli sürücülərin olması sevindirici haldır. Ümid edirik ki, qısa zamanda bu məsələ tamamailə həllini tapacaq.”
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yol polisi sürücülərin bu təşəbbüslərini dəstəkləyir. “Digər sürücüləri də qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq sənədləşdirmə işlərini aparmağa dəvət edirik.”
Qeyd: Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2023-cü il kiçik qrant müsabiqəsi”qalib olmuş "Velosiped, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi" layihəsi çərçivəsində hazırlanıb.
Videoçarx Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanmışdır.
Videoçarxın məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Orxan Əli
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO










