Motosiklet və maşını birləşdirib bunu düzəltdi - VİDEO

Qax rayon Qum kəndində yaşayan Mahmud Hacıyev motosiklet və maşının detallarından istifadə edərək özü üçün yeni texnika vasitəsi düzəldib. Avtosfer.az ARB TV-yə istinadən xəbər verir ki, 8 ildir qaynaqçı işi ilə məşğul olan Mahmud ustanın dediyinə görə, bu nəqliyyat vasitəsini düzəltmək ona 7 aya başa gəlib. Əsasən, “Jiquli” və motosiklet detallarından ibarət olan bu texnika 1.3 motor gücünə sahibdir və saatda 120 km sürətlə hərəkət edə bilir.
Ustanın dediyinə görə, texnikanın vasitəsilə dağ kəndlərində kənd təsərrüfatı işlərini görmək onun üçün xeyli asanlaşıb. Mahmud usta bu nəqliyyat vasitəsinin adını YOMO - yəni yolsuzluq motosikleti qoyub. Texnikanın ərsəyə gəlməsi üçün o, 1900 manat dəyərində pul xərcləyib. Mahmud usta bu nəqliyyat vasitəsini sənədləşdirmək mümkün olmadığı üçün ondan istifadə etməkdə də çətinlik çəkir.
Bu texnika Mahmud ustanın düzəltdiyi üçüncü texnikadır. Amma bu, onlardan ən yaxşısıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












