Muğanlı-Yevlax yolunun yenidən qurulması başa çatır – FOTO+VİDEO

“Azəravtoyol” ASC Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin əsaslı şəkildə yenidən qurulmasını yekunlaşdırmaq üzrədir. Cəmiyyətdən Avtosfer.az-a verilən xəbərə görə, hazırda "Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun Muğanlı-Yevlax (0-8,4 km və 38-145 km) hissəsinin yenidən qurulması Layihəsi"ndə son tamamlanma işləri həyata keçirilir. Layihənin bu günə fiziki tərəqqisi 99% təşkil edir.
Layihə üzrə yol 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115,15 km, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7,5 metrdir.
Yenidənqurma işləri çərçivəsində Muğanlı-Yevlax avtomobil yolunda 1,8 mln. kubmetr torpaq yatağı inşa edilib, yol geyiminin tikintisi üzrə isə 377,5 min kubmetr əsasın alt layı, 109,5 min kubmetr bitumlu əsas,1,063 mln. kubmetr bitumlu aralıq və 1,072 mln. kubmetr asfalt-beton aşınma laylarının tikintisi işləri aparılıb.
"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidən qurulması Layihəsi"ndə nəzərdə tutulan 7 dairəvi yol kəsişməsi və 54 yol birləşməsi hazır vəziyyətdədir, bundan başqa 263 borunun hamısında, 6 körpüdən isə 5-nin, daha dəqiqi yolun 35-ci km-də yerləşən Ağdarçay, 37,5-ci km-də yerləşən Girdmançay, 81-ci km-də yerləşən Göyçay çayı, 93-cü km-də yerləşən Şirvan kanalı və 120-ci km-də yerləşən Nemətabad kollektorunun üzərindəki körpülərin tikintisi yekunlaşıb. Hazırda yolun 103,5-ci km-də yerləşən Türyançay üzərində yerləşən körpüdə son tamamlanma işləri aparılır, yanaşma yollarında torpaq işləri görülür.
Bundan başqa, layihə üzrə avtomobil yolunda nəzərdə tutulan elektrik dirəklərinin montajı, 39 avtobus dayanacağının tikintisinin tamamlanması, 19,5 min poqon metr əyri xətli dəmir tirin quraşdırılması, işıqəksetdirici dirəklərin və 835 ədəd yol hərəkəti nişanlarının qoyulması, 15 min metr uzunluğunda piyada səkilərinin və 13,3 min metr açıq beton kanallarının (küvet) tikintisi aparılır.
Layihənin tam olaraq bu ilin may-iyun aylarında yekunlaşdırılması planlaşdırılır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO


















