Müştərilərə pizza daşıyan robot yaradıldı - FOTO

Avstraliyada dünyada ilk pizza daşıyan robot təqdim edilib. Avtosfer.az lent.az-a istinadən bildirir ki, "Domino's Pizza" şirkətinin Avstraliya bölməsi Brisben şəhərində sifarişçilərin ünvanlarına pizza daşıyan robotun təqdimatını keçirib. "Marathon Robotics" startapı ilə əməkdaşlıq şəraitində hazırlanmış robota DRU (Domino's Robotic Unit) adı verilib. DRU 4 təkərə malikdir və saatda 20 km/saat sürətlə hərəkət edir. Sifariş olunan pizzalar və içkilər robotun qızdırıcı və sərinləşdirici yerlərində saxlanılır. Robotun hazırlanmasında hərbi texnologiyadan da istifadə olunub. Şəhər şəraitində orientasiya olunmaq üçün robot GPS və "Google Maps"dən istifadə edir. DRU avtomobil yoluna çıxmadan səkidə və piyada zolağında hərəkət edir. Onun çəkisi 190 kq, qiyməti 23 min dollardır. Artıq robotun prototipi Brisbenin rayonlarından birində sınaqdan keçirilib.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












