Nardaranın daha bir küçəsi yenidən qurulur – FOTO

Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamından irəli gələn məsələlər “Azəravtoyol” ASC tərəfindən yerinə yetirilir.
ASC-dən Avtosfer.az-a verilən məlumata görə, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram"ı çərçivəsində Nəsrulla Əsgərov küçəsinin yenidən qurulmasına işlərinə başlanılıb.
Hazırda yenidənqurma işləri çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi, yeni yeraltı kommunikasiya xətlərinin çəkilişi, bundan başqa küçə boyu maneələrin sökülməsi, paralel olaraq yeni hasarların tikilməsi işləri də aparılır. Söküntüsü aparılan tikililərin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə kompensasiyalar ödənilir.
Qeyd edək ki, qəsəbənin mərkəzindən Nardaran pirinə gedən Nəsrulla Əsgərov küçəsinin yenidən qurulan hissəsinin uzunluğu 850 metr, mövcud eni isə 6 metrdir. Layihə çərçivəsində küçə genişləndirilərək 16 metrə çatdırılacaq.
Küçə 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq, burda hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikiləcək, səkilərin kənarlarına 1500 paqon-metr səki daşı düzüləcək, küçənin 13 500 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












