Nardaranın daha bir küçəsində yenidənqurma işlərinə başlanılıb

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Nəsrullah Əsgərov küçəsində yenidənqurma işlərinin aparılması üçün yaşayış və qeyri-yaşayış sahələrinin siyahıya alınmasına başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
A.Nəcəflinin sözlərinə görə, aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı N.Əsgərov küçəsi mövcud ortalama (6 metr) enindən genişləndirilərək 16 metrə çatdırılacaq.
O, qəsəbənin Abşeron küçəsində sökülən obyektlərə görə kompensasiya verilməsinin davam etdiyini də bildirib: "Hazırda 11 nəfərə kompensasiya verilib. 51 obyekt sahibinin də sənədləri hazırlanır, yaxın günlərdə onlara da kompensasiya veriləcək".
Qeyd edək ki, Nardaran qəsəbəsinin Abşeron küçəsində siyahıyaalınmada yolun tikintisinə düşən 96 təsərrüfat obyekti qeydə alınıb. Hazırda qeydə alınan 96 təsərrüfat obyektindən 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












