Naxçıvan-Məşhəd dəmir yolu reysi açılacaq - BU AY

Naxçıvan (Azərbaycan)-Məşhəd (İran) marşrutu ilə sərnişin elektrik qatarı artıq yaxın vaxtlarda istismara veriləcək. Avtosfer.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Naxçıvan-Məşhəd qatarı 27-30 noyabr aralığında işə düşəcək", - deyə C.Qurbanov əlavə edib.
Xatırladaq ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının hərəkət marşrutu da artıq müəyyən edilib.
Qeyd edək ki, Azərbaycan Naxçıvan-Məşhəd marşrutu üzrə hərəkət edəcək sərnişin qatarının heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edib. 36 nəfərlik "kupe" tipli vaqonlar əsaslı bərpa-təmir görmüş nəqliyyat vasitələridir.
Belə ki, üç vaqon ayrı lokomotivlə İranın Təbriz şəhərinə qədər hərəkət edəcək. Təbrizdə isə vaqonlar Təbriz-Məşhəd qatarına qoşulacaq. Eyni zamanda, geri qayıdarkən vaqonlar Məşhəd şəhərindən Təbrizə qədər, daha sonra ayrı lokomotivlə Culfaya (İran) qədər hərəkət edəcək. Culfadan isə Azərbaycana məxsus lokomotiv vasitəsilə Naxçıvana çatdırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












