Naxçıvan-Məşhəd-Naxçıvan dəmiryol xətti ilə payızda başlayacaq – Səfir

İran və Azərbaycanın nəqliyyat sektorunda müsbət irəliləyişlər gözlənilir. Avtosfer.az xəbər verir ki, bunun İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. O qeyd edib ki, Azərbaycanın vergi məcəlləsində edilən yeni dəyişikliyə əsasən, iranın nəqliyyat şirkətləri 3 il rüsumdan azad edilib. “Bu günə qədər İranın yük maşınları Azərbaycanda ən yüksək rüsum 320 ABŞ dolları ödəyirdi, amma yeni dəyişiklik İran və Azərbaycan vasitəsi ilə Rusiyaya məhsul tranzitini cəlbedici edəcək”, - Pakayin deyin.
Səfir əlavə edib ki, bu payız mövsümündə dəmiryol xətti ilə Naxçıvandan müqəddəs Məşhədə və əks istiqamətdə sərnişin daşınmasına başlanılacaq. Səfir Tehrandan Bakıya “ATA” hava yolları ilə başlanan müntəzəm uçuşlara görə də məmnuniyyətini dilə gətirib. Möhsün pakayinin sözlərinə görə, bu iki ölkə arasında turizmin inkişafına yardım edəcək.
Səfir Pakayin əlavə edib ki, Məşhəd-Bakı və Şiraz-Bakını birləşdirən digər hava xətti payızda açılacaq. Möhsün pakayin Rəşt-Astara dəmiryol xəttinin çəkilişi ilə bağlı Tehran və Bakının razılığa gəldiyini vurğulayıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












