Naxçıvan-Ordubad magistralı yenidən qurulur

Muxtar Respublikanın Naxçıvan-Ordubad magistralından Culfa şəhərinə qədər olan avtomobil yolu yenidən qurulur. Avtosfer.az xəbər verir ki, yolun yenidən qurulmasına cari ilin aprel ayının sonundan başlanılıb. Qısa müddətdə “Gəmiqaya Yol, Su, Enerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən Bayraq Meydanından Culfa şəhərinədək uzunluğu 2 kilometr olan avtomobil yolunun asfalt örtüyü götürülüb, yol yatağı genişləndirilərək 10 metrə çatdırılıb. Hazırda yol yatağında bərkitmə işləri aparılır, avtomobil yolu üzərindəki körpü yenidən qurulur. Həyata keçirilən tədbirlərin növbəti mərhələsində yol kənarları abadlaşdırılacaq, piyadaların hərəkəti üçün səkilər salınacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq. Avtomobil yolunun yenidən qurulması Culfa şəhərinə və əks istiqamətə piyadaların və avtomobillərin təhlükəsiz hərəkətini, həmçinin rahatlığını təmin edəcək.
Fərid
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












