Nazir: "Yeni reyslər və aviaşirkətlər açılacaq"

“Turizm Şurasının 2017-ci ildə fəaliyyətə başlaması bu sahənin (turizm - red.) daha çox inkişaf etməsinə şərait yaradacaq. Şuranın tərkibində bir neçə dövlət qurumu birləşəcək”. Avtosfer.az Report-a istinadən xəbər verir ki, bunu 27 sentyabr - Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı ilə bağlı keçirilən mətbuat konfransında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. “Ticarət festivallarının keçirilməsi də turizmin inkişafında böyük rol oynayır. Bu tədbirlərə xərclənən vəsaitin 20-30%-i geri qayıdır. Azərbaycanın gələn il ən azı iki dəfə 10-15 günlük ticarət festivalı keçirmək imkanı olacaq. Azərbaycanda təsdiq edilən turizm zonaları - Quba, Qusar və Xızıda ərazilər artıq fəaliyyət göstərəcək. Bu zonalarla bağlı xüsusi layihələr hazırlanıb. Bu ərazilər prespektiv plan əsasında fəaliyyət göstərəcək. Eyni zamanda Dubay, Rusiya, Almaniyada olan nümayəndəliklərimizi digər ölkələrdə də açmağı planlaşdırırıq. AZAL-la daimi əməkdaşlıq çərçivəsində yeni reyslər və aviaşirkətlər açılmasını təşkil edəcəyik”, - deyə nazir Azərbaycan Prezidentinin turizm ilə bağlı son sərəncamının mahiyyətini şərh edərkən deyib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












