Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsi abadlaşdırılıb – VİDEO+FOTO

Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin bir hissəsində (Qazaxıstan səfirliyinin ətrafı) abadlaşdırma və yaşıllaşdırma tədbirləri həyata keçirilib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçirilən tədbirlər zamanı yol kənarında 750 m2 baxımsız ərazi kənar əşyalardan təmizlənib, vətəndaşların normal və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə zəruri olan yerlərdə piyada səkiləri tikilib və asfaltlanıb, bəzi yerlərdə isə səkilərə 200 m2 bəzək daşı düzülüb. Yaşıllıq zonalarının yaradılması məqsədi ilə piyada səkilərinin kənarlarında ümumilikdə 60 m uzunluğunda divar tikilib. Divarın 120 m2 sahəsi üzlük daşları ilə üzlənib. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yaşıllıq zonalarına xüsusi kübrə verilmiş torpaq gətirilərək tökülüb və 44 ədəd həmişəyaşıl dekorativ ağac, həmçinin 620 m2 sahəyə qazon otu əkilib. Görülmüş işlər çərçivəsində sözügedən ərazinin 1300 m2 sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq




















