Neftçilər prospekti bulvara qatılacaq

Sumqayıt və Abşeron şəhərlərinin bir hissəsinin daxil olduğu, 282322 hektardan artıq ərazini əhatə edən "Böyük Bakının Regional İnkişaf Planı" layihəsi 2030-cu ilə qədər olan dövrü əhatə edir. "Bakının baş planı" adlanın bu layihədə paytaxtın sistemli inkişafı üçün çoxsaylı işlər nəzərdə tutulub. Avtosfer.az bildirir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən modern.az-a verilən məlumata görə, hazırda Nazirlər Kabinetində baxılan layihədə əsas məsələ sənaye müəssələrinin mərkəzdən kənara çıxarılmasıdır. "Bundan başqa, dənizkənarı bulvarın 25 km-ə qədər artırılması, sahil zolağı üzrə mövcud ərazinin 200 metrə qədər genişləndirilməsi və genişlənən ərazidə əyləncə obyektlər, isitrahət zonaları, park və bağların yaradılması, o cümlədən Bayıldan Nobel prospektinə qədər magistral yolun çəkilməsi və Neftçilər prospektinin piyada zonasına çevrilərək bulvara birləşdirilməsi, Dövlət Bayraq meydanı ilə yanaşı, neft muzeyi və akademiyasının, həmçinin müasir incəsənət muzeyi və tarix muzeyinin yaradılması təklif olunur. Layihədə həmçinin Türkan və Hövsan yaşayış məntəqələri ilə əlaqələndirilən və 2000 ha ərazini əhatə edən Yeni Türkan qəsəbəsinin də yaradılması nəzərdə tutulur. Layihənin növbəti mərhələsini Bakı şəhərinin mərkəzində 33333,29 hektar ərazini əhatə edən "Məxsusi Bakının Ərazidən istifadə və zonalaşdırma planı" təşkil edir".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












