Nəqliyyat Nazirliyinin bu səlahiyyəti ləğv olundu

Nazirlər Kabineti “Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza-bərpa işlərinin aparılması Qaydaları”nda dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, dəyişiklik Nəqliyyat Nazirliyinin səlahiyyətlərindən birinin ləğv edilməsi ilə bağlıdır. Qaydaya əsasən indiyə qədər Azərbaycan Respublikasının sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə, bələdiyyələrin və ya yerli icra hakimiyyəti orqanlarının balansında olan avtomobil yollarına aid olduqda müvafiq bələdiyyə və ya yerli icra hakimiyyəti orqanı ilə, özəl avtomobil yollarına aid olduqda isə onların mülkiyyətçiləri ilə razılaşdırılmalı idi. Dəyişikliyə əsasən bundan sonra Azərbaycanın sərhədboyu zonasında mövcud olan dəmir yolları və avtomobil yolları ilə kəsişməsi nəzərdə tutulan telekommunikasiya xətlərinin, vasitə və qurğularının tikintisi, habelə sərhədboyu zonada mövcud olan dəmir yollarının və avtomobil yollarının mühafizə zonalarında yerləşdirilmiş telekommunikasiya xətlərinin, vasitə və qurğularının istismarı və onlarda qəza-bərpa işlərinin aparılması ümumi istifadədə olan avtomobil və dəmir yollarına aid olduqda Nəqliyyat Nazirliyi ilə deyil, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və ya “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti ilə razılaşdırılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












