Nəqliyyat Nazirliyinin səlahiyyətlərindən biri ləğv edilib

Nazirlər Kabineti “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”nda dəyişiklik edib. Avtosfer.az xəbər verir ki, bu Qaydalar dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir. İndiyə qədər dəmir yolunun xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yerləşən tökmə yatağın yamaclarında, daimi hasarlarda, qurğularda və dəmir yolunun digər obyektlərində hüquqi və fiziki şəxslər tərəfindən reklamların yerləşdirilməsinə yalnız Nəqliyyat Nazirliyinin icazəsi ilə yol verilib. Dəyişikliyə əsasən Nəqliyyat Nazirliyinin bu sahədə səlahiyyəti ləğv edilərək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə verilib. Xüsusi mühafizə zonası və təhkim zolağı hüdudlarında yol və yolətrafı reklamlar dəmir yol nəqliyyatının normal fəaliyyətinə maneə yaratmamalı, görməni pisləşdirməməlidir. Reklamların yerləşdirilməsi hərəkətin təhlükəsizliyinə ziyan vurmamalı, “Reklam haqqında” qanunun ilə nəzərdə tutulmuş digər tələblərə cavab verməlidir.
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR










