"Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" auditor seçib
Yeniliklər
30 Noyabr 2020 12:36
Oxunub 1078
Bakı Nəqliyyat Agentliyinə məxsus "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (IFRS) uyğun auditinin həyata keçirilməsi və audit rəyinin verilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Avtosfer.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Moore Stephens Azərbaycan" MMC-dir.
Qalib şirkətə 5 min manat ödəniləcək.
ŞƏRH YAZ