Nəsimi küçəsinin bir hissəsi təmir olundu – VİDEO

Bakının Nizami rayonu Nəsimi küçəsinin Mehdi Abbasov küçəsi ilə Qara Qarayev prospekti arasında yerləşən hissəsi təmir olunub. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir-bərpa işlərinin aparıldığı ərazinin uzunluğu 620 metr, ortalama eni 15 metrdir. Aparılmış təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək, ərazidən daşınıb. Bunun əvəzinə 10 min m2 ərazinin asfaltlanması işləri aparılıb, 1250 paqon-metr köhnə səki daşı yenisi ilə əvəzlənib.
Bundan başqa səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün şərait yaradılıb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb. Bütün işlər “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə qısa müddət ərzində aparılaraq yekunlaşdırılıb.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR

















