"Nissan" robotlaşdırılmış ofis kresloları yaratdı - VİDEO

Məşhur avtomobil istehsalçısı “Nissan” şirkəti "YouTube” videohostinqində qeyri-adi robotlaşdırılmış texnikanın işini nümayiş etdirən videoçarx yerləşdirib. Belə ki, şirkət mühəndisləri adi ofis kreslolarını otaqda sərbəst hərəkət edə bilən robotlara çeviriblər. Kresloların standart təkərləri əl çalmaqla aktivləşən xüsusi elektron bloklarla əvəzlənib. Eksperimentin mahiyyəti yeni avtopilot parklama sisteminin nümayişindən ibarətdir. Bildirilir ki, kreslolar quraşdırılmış “Wi-Fi” modulu vasitəsilə kompyuterdən komandalar alır. Öz növbəsində kompyuter otağın divarlarında quraşdırılan kənar kameralardan daxil olan təsvirlərə əsaslanır. Beləliklə, sistem başqa istehsalçıların bilavasitə nəqliyyat vasitəsinə quraşdırdıqları xüsusi sensorlar olmadan da işləyə bilir. Keyfiyyətli sürücüsüz parklama üçün adi videomüşahidədən də istifadə mümkündür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












