Ödənişli yolun bir hissəsi hazırdır – FOTO

Azərbaycanda ödənişli olacağı deyilən Ələt-Astara magistral yolunun bir hissəsi hazırdır. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, yolun Masallıdan keçən hissəsində quruculuq işləri tamamlanmaq üzrədir.
Yeni magistral yolda nəzərdə tutulan onlarla yeraltı keçidlərin, tunellərin, su keçidərinin, dairəvi boruların tikintisi artıq başa çatıb. Körpülərin inşası isə davam etdirilir. Hazırda yollarda torpaqbərkitmə işləri aparılır.
Qeyd edək ki, torpaq yatağı 26,5 metr, ayrıc zolağı 4 metr olan yol 4 hərəkət zolağından ibarət olacaq. Yeni çəkilən yolu digər magistrallardan fərqləndirəcək cəhət ondan ibarətdir ki, Salyanın girişindən başlayaraq Astara-İran sərhədinə qədər davam edən yolda avtomobillər heç bir yaşayış məntəqəsini görmədən birbaşa maneəsiz hərəkət edəcəklər. Yeni yolun tikintisi başa çatdıqdan sonra əvvəlki yoldan fərqli olaraq məsafə təxminən 40 kilometr qısalacaq.
Bu arada bildirək ki, yaxın günlərdə Masallıya səfəri planlaşdırılan prezident İlham Əliyevin də həmin yola baş çəkəcəyi gözlənilir.


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












