Ölkənən iki böyük şəhəri Nəqliyyat Nazirliyinin nəzarətindən çıxdı

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında qərar qəbul edib. Avtosfer.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasizadə imzalayıb.
Qərarda bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ştat sayı 20 (iyirmi) vahid müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Gəncə Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” MMC yaradılıb
Nazirlər Kabineti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında da qərar qəbul edib. Bu barədə qərarı baş nazir Artur Rasizadə imzalayıb.
Qərara bildirilir:
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin ştat sayı 20 (iyirmi) vahid müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etsinlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












