Ömrü 300 il olan yol çəkilib - Şəkinin kəndinə

Şəkinin Baş Küngüt kəndinə daş döşəmə yol salınıb. Hər yağıntı mövsümündə sel təhlükəsi ilə üzləşən dağ kəndinin icmasının müraciəti ilə yolu Kənd Təsərrüfatı Nazirliyi ”İkinci Azərbaycan Kənd İnvestisiya Layihəsi” çərçivəsində çəkib.
Nazirlikdən Avtosfer.az-a daxil olna xəbərə görə, məqsəd Şəki rayon mərkəzindən 25 km aralıda yerləşən və başqa heç bir yol örtüyü davam gətirməyən bu kəndin infrastrukturunu yaxşılaşdırmaqla, əhalisinin təsərrüfatlarını qorumaq və inkişafına kömək etmək, eləcə də məşğulluğa şərait yaratmaqdır. Uzunluğu 1 km-dən artıq, ümumi sahəsi 5 kv. km olan yoldan 2 500 nəfərədək kənd əhalisi faydalanacaq.
İkinci Kənd İnvestisiya Layihəsini Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti həyata keçirir. Bu, Azərbaycan hökuməti ilə Dünya Bankının birgə layihəsidir. 10 ildən artıq müddətdə icra olunan Kənd İnvestisiya Layihəsi çərçivəsində 1 800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihələri icra olunub.
Böyük çay daşlarından salınan və arasına çınqıl doldurulan döşəmə yol uzunömürlülüyü ilə fərqlənir. Ölkədə yaşı 300 ildən artıq olan belə yollar mövcuddur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












