Onlar Bakı-Sumqayıt qatarından nə vaxt istifadə edəcək? - VİDEO

Xırdalan və Biləcəri sakinləri artıq Bakı-Sumqayıt-Bakı sürət qatarından istifadə edə biləcəklər. Dəmiryol relslərində edilən son dəyişikliklərdən sonra qatarlar Xırdalan və Biləcəri stansiyalarında da dayanacaq. Hazirda Xırdalan stansiyasında son tamamlanma işləri görülür. Noyabrın 19- da hər 2 stansiya sərnişinlərin ixtiyarına veriləcək. Gün ərzində 3000 -3500 sərnişin daşınan xətlərə yeni stansiyaların qoşulmasından sonra sərnişinlərin sayının iki dəfə artması planlaşdırılır. Sərnişinlər biletlərini turniketlərə vuraraq çıxacaqlar. Xırdalana bilet alıb Sumqayıtda getmək istəyənlər isə bu turniketdən keçə bilməyəcəklər.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov yeni istiqamətlərin qiymətlərini də açıqlayıb.
Çoxlarını düşündürən sual isə yeni stansiyaların istifadəyə verilməsindən sonra qatarların çatma vaxtında dəyişiklik olub olmamasıdır. Rahat və sürətli olması ilə digər ictimai nəqliyyat vasitələrindən fərqlənən bu sürət qatarları yaxın vaxtlarda Bakının digər rayonlarını da əhatə edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












