Parkdan parka keçənlərin və sürücülərin işi asanlaşacaq - VİDEO-FOTO

Bakı şəhəri Yasamal rayonunun Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb. “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a bildirilib ki, yeraltı olacaq piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir. “Azəravtoyol”un “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən, iki giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq. Buraya keçidin 21,9 metr uzunluğunda olan pilləkan hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metr olacaq. Keçid xidməti otaq və təhlükəsizlik kameraları ilə təchiz olunacaq. "Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarının keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir" - şirkətdən bildirilib.
Qeyd edək ki, keçiddə fiziki qüsurli insanların hərəkəti üçün panduslar da quraşdırılacaq.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq















