Parklanmada yeni QAYDALAR: Sürücülər cərimədən yayına bilməyəcək

Azərbaycanda avtomobillərin yeni parklanma qaydaları tətbiq ediləcək. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, bütün parkomatlardakı foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya edilməlidir. Həmin texniki vasitələrlə avtomobillərin parklanma müddəti, parklanmaya görə aparılmış və ya aparılmamış ödənişlər, habelə 24 saatdan artıq müddətdə parklanma yerində saxlanılan avtomobillər haqqında məlumatlar real vaxt rejimində mərkəzi informasiya sisteminə ötürüləcək. İnzibati xəta törədilən zaman isə həmin avtomobil barəsində məlumatlar mərkəzi informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının yol hərəkəti təhlükəsizliyinə nəzarət edən əməkdaşlarına ötürüləcək və avtomobilin ən yaxın mühafizə olunan duracağa aparılması təmin ediləcək. İnzibati xətanı törətmiş nəqliyyat vasitəsinin istifadəçisi inzibati cəriməni və nəqliyyat vasitəsinin mühafizə olunan duracağa gətirilməsi və orada saxlanması üçün haqqı həmin yerdə bank və ödəmə terminalı vasitəsilə ödəyə bilər. Bu halda nəqliyyat vasitəsi onun istifadəçisinə dərhal qaytarılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












