Paytaxtdakı yeni yolların müsbət və çatışmayan tərəfləri hansılardır? - Ekspert

Ekspert: “Yolların optimallaşdırılmasının məqsədi bütün hərəkət iştirakçılarının rahatlığını təmin etməkdir”
Paytaxtdakı yeni yolların müsbət və çatışmayan tərəfləri hansılardır?
Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yolların optimallaşdırılması layihələrini həyata keçirir.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Avtosfer.az saytına verdiyi açıqlamada qeyd edib ki, yolların optimallaşdırılmasında məqsəd bütün hərəkət iştirakçılarının rahat hərəkətini təmin etməkdir:
“Belə layihələr xaricdə çoxdan tətbiq edilsə də, ölkəmizdə indiyə qədər mövcud olmayan yeniliklər və xeyli inkişafa doğru atılmış addımlardır. Bu layihələrdə əsas məqsəd yaşayış məntəqəsinin prospektlərini hərəkət iştirakçıları arasında yenidən bölüşdürmək, yalnız avtomobillərin yox, digər hərəkət iştirakçılarının da rahat hərəkətini təmin edən şərait yaratmaqdır. Yenilik edilən ərazilər yaşayış zonalarıdır. Bu küçələrdə yeniliklərin daha çox əhəmiyyəti var. Çünki orda piyadalar çox olur, müxtəlif market və sosial obyektlər çox olur”.
Ekspert optimallaşdırma işlərinin üstünlüyünü diqqətə çatdırıb:
“Bəzən sürücülər avtomobili səkidə park edirdi. İndi belə hallar aradan qaldırılıb. Yolda zolaqların biri parklanma üçün yaradılıb. Bəzi yerlərdə avtobus üçün cib tipli dayanacaqlar yaradılıb ki, avtobuslar sərnişinləri mindirib düşürərkən əsas zolaqdakı axına mane olmasın. Digər tərəfdən, piyadalar artıq yolun bir tərəfindən digər tərəfinə keçərkən daha az məsafə qət edir. Bu da təhlükəsizlik baxımından önəmlidir. Bir sözlə, yollarda həm nizamlı parklanma, həm də rahat və təhlükəsiz hərəkət təmin edilir”.
Ə.Hüseynov qeyd edib ki, yolların optimallaşdırılmasında hər bir küçə üzrə ayrıca təhlillər aparılmalıdır:
“Bu məzmunda işlər davam etdirilməlidir. Amma hər prospektə fərdi yanaşma olmalıdır. Nəqliyyat və piyada axınının intensivliyi dəqiq hesablanmalıdır. Hər hansı bir şablon variantı götürüb bütün küçələrə tətbiq etmək olmaz. Burda dəqiq əldə olunan məlumatlara əsaslanan mühəndis yanaşması lazımdır. Belə layihələrin kortəbii şəkildə icrası özünü doğrultmaya bilər. Məhz hansısa xarici ölkədə olduğu üçün bizdə bu işlərin görülməli olduğunu düşünmək doğru yanaşma olmaz. İnsanların da bu layihələrə uyğun adekvat davranmaları çox mühümdür. Burada təbliğat-təşviqat işlərinin də böyük əhəmiyyəti var. Təəssüf ki, yeni yollarda velosiped zolaqları yoxdur. Çünki bizdə velosiped elə də məşhur deyil. Növbəti belə layihələrdə velosipedçilər də nəzərə alınmalıdır”.

Ekspert yollarda tətbiq edilən yeniliklərin vizual görünüşünü qabartmağı təklif edib:
“Yollarda inşa edilən çıxıntıların hərəkət iştirakçıları tərəfindən görülməsini maksimum təmin etmək lazımdır. Sürücülər şikayət edir ki, az qalırıq avtomobili həmin çıxıntılara vuraq. Çünki bu çıxıntıları görmətə adət etməyiblər. Ona görə də nişanlanma xətləri, yol nişanları vasitəsilə yollarda bu yeniliklərin daha dəqiq görülməsini təmin etmək lazımdır. Hətta bunun üçün mövcud yol hərəkəti qaydalarında olmayan bir innovoativ tətbiq də gətirmək lazımdır. Məsələn, sürücülərin çıxıntını uzaqdan görmələri üçün dekorativ yaşıllıqdan da istifadə etmək olar. Elə piyadalar üçün də bu kimi məsələləri nəzərə almaq lazımdır”.
Prezident sürücülük vəsiqəsi ilə bağlı QANUN İMZALADI
Milli Məclisdən son dəqiqə qərarı: Azərbaycanda QADAĞAN edilir!
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO










