Pilotsuz aparatlar dağlarda insanları xilas edəcək

Bundan sonra xilasedicilər dağlarda əməliyyatlar zamanı daha az risk edəcəklər. Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, onların əvəzinə təhlükəli yerlərə dronların (pilotsuz uçan aparatlar) göndərilməsi planlaşdırılır.
Belə aparatlardan birini İsveçrənin "Fly Ability" şirkəti Sermatt şəhərinin axtarış-xilasetmə xidməti ilə birlikdə Alp dağlarında sınaqdan keçirib. "Gimball" adlanan pilotsuz uçan aparat bir oxda iki vintlə təchiz edilib və boş asmada sferik karkasla qorunub. Belə konstruksiyaya görə, dron üçün toqquşma təhlükə törətmir və toxunuş zamanı uçuş istiqaməti dəyişmir. Uçan robot, həmçinin fənər və videonu operatora real vaxt rejimində translyasiya edən kamera ilə təchiz edilib. Alp dağlarında keçirilən sınaqlarda "Gimball" buzlağa düşərək xilasedicilərə buzun çatını təhlükəsiz yoxlamağa şərait yaradıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












