Pirallahı rayonunun mərkəzi yolu yenidən qurulur - FOTO+VİDEO

Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulmasına başlanılıb. “Azəravtoyol” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, tikinti işləri çərçivəsində rayon mərkəzinə gələn avtomobil yolun və mərkəzi küçənin yenidən qurulması nəzərdə tutulub. Ümumilikdə sözügedən avtomobil yolunun və yolun davamı olaraq Səməd Vurğun küçəsinin uzunluğu 8 km, mövcud eni isə 6-7 metr təşkil edir.
Uzun müddətdir ki, təmir işlərinin aparılmaması nəticəsində yolun hərəkət hissəsində qabarmış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində müəyyən çətinliklər törədirdi. Üstəgəl əksər ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların rahat və təhlükəsiz hərəkət etməsində problemlər yaradırdı. Hazırda isə sadalanan problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.
Layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır. Yol yatağı 10-18 metr enində genişləndirilir. Belə ki, yolun 4 km-i 8 metr hərəkət hissəsi və hər bir istiqamət üzrə 1 metr çiyinlər də daxil olmaqla ümumi eni 10 metr, 4 – 5.6 km-lik hissəsi yolun hərəkət hissəsi 15 metr, hər bir tərəfdə piyada səkilərinin eni 1.5 metr olmaqla ümumi eni 18 metr, 5.6 – 8 km-lik hissəsi isə 12 metr hərəkət hissəsi və 1.5 metr səkilər olmaqla yol yatağının eni 15 metr təşkil edəcək.
Hazırda yolun genişləndirilməsi, yeraltı kommunikasiya xətlərinin yenilənməsi və kənara çəkilməsi istiqamətində işlər aparılır. Bu işlərə paralel olaraq yeni piyada səkilərinin tikintisi və yeni işıqlandırma sisteminin qurulması istiqamətində addımlar atılır. Zəruri olan yerlərdə səth sularının kənarlaşdırılması üçün sistemin yaradılması da nəzərdə tutulub.
Ümumilikdə layihə çərçivəsində yolun hərəkət hissəsinin 85 min m2 sahəsinə 3 qat olmaqla yeni asfalt-beton örtük döşənəcək, yol boyu 16 min paqon-metrə yaxın yeni səki daşı düzüləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq


















