Pirallahı sakinlərinə şad xəbər

Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən yeni avtomobil körpüsünün tikinti-quraşdırma işləri artıq tamamlanıb və yeni asfalt örtüyü çəkilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Pirallahı rayon icra hakimiyyətindən axar.az-a bildirilib ki, rayonda avtomobil körpüsünün inşası ilə əlaqədar kommunikasiya xətləri köçürülür, mövcud köhnə xətlər yenisi ilə əvəz olunur.
Məlumata əsasən, Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 kilometr olan mərkəzi yolda əsaslı təmir işləri davam etdirilir, asfalt örtüyünün çəkilməsi işləri aparılır.
İşıqlandırma dirəklərinin və səki daşlarının quraşdırılması işləri görülür. Yolkənarı torpaq qatı qazılaraq çıxarılır, əvəzində yol geyiminin əsası və asfalt örtüyünün alt layı döşənərək hərəkət hissəsi genişləndirilir. Paralel olaraq mərkəzi yolboyu yeni müasir tipli avtobus dayanacaqlarının quraşdırılması, məhəllədaxili yollarda isə asfalt örtüyün çəkilməsi işləri yerinə yetirilir.
Eyni zamanda, rayon ərazisində yerləşən 30 yaşayış binasının fasadları və dam örtüklərində təmir-tikinti işləri davam etdirilir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












