Polis üçün yeni qanundan başqaları pul qazanacaq?

"Polis haqqında" Qanuna edilmiş dəyişilik insan hüquqlarının müdafisəi baxımından mütərəqqi xarakter daşıyır. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib. "Polis haqqında" Qanuna edilmiş və artıq qüvvəyə minən dəyişiklik polis əməkdaşlarının xarici dil bilməsinə zərurəti əhəmiyyətli dərəcədə artıracaq: "İnsan hüquqları ilə bağlı beynəlxalq sənədlərdə bu məsələ əks olunub. Bu prinsip 17-ci əsrdən etibarən Britaniyada formalaşıb. İnsan həbs olunanda, saxlanılanda ona bunun səbəbi izah olunmalı, onun ifadə verməmək, susmaq hüququnun olduğu və müdafiəçinin xidmətindən istifadə etmək hüququnun olduğu deyilməlidir. Özü də bunlar mütləq həmin şəxsin bildiyi, anladığı dildə izah olunmalıdır. "Polis haqqında" Qanunda edilən dəyişikliklər də məhz bunu nəzərdə tutur. Bundan sonra, məsələn, Tanzaniyadan Azərbaycana gəlmiş və yalnız bantu dilini bilən şəxs hər hansı hüquq pozuntusuna görə həbs edilərkən bizim polis ona tutulmasının səbəbini, şübhənin mahiyyətini, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını məhz bantu dilində izah etməlidir. Polis bantu dilini bilməsə, onda tutulmadan dərhal sonra bu dili bilən tərcüməçi dəvət olunmalıdır".
Ekspert bu dəyişikliyin bəzi problemlər yarada biləcəyini də istisna etməyib: "Bu məsələ xarici dili bilməyən mütəxəssis çatışmazlığı problemini ortaya çıxara bilər. Ona görə də mütləq həm polis, həm də gömrük və sərhəd xidməti orqanlarında tərcüməçilər olmalıdır. Əgər həbs həyata keçirilirsə, gərək ya bu hüquqları o şəxsə izah etmək üçün həmin orqanın əməkdaşları onun dilini bilsinlər, ya da bunun üçün kənardan tərcüməçi cəlb edilməlidir. Çünki bu məsələ təkcə "Polis haqqında" Qanunda yox, ümumən Cinayət-Prosessual Məcəlləsində qeyd olunur. "Polis haqqında" Qanunda edilən dəyişiklik isə Məcəlləyə uyğunlaşdırmaq məqsədi daşıyır".
Qeyd edək ki, "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər mayın 13-dən etibarən qüvvəyə minib. Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanununa uyğunlaşdırmaq məqsədi ilə "Polis haqqında" Qanuna edilən dəyişiklikdə bildirilir: ""Polis haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin I hissəsinin 3-cü bəndində "əsaslarını" sözü "səbəbini, şübhənin mahiyyətini" sözləri ilə əvəz edilsin və həmin bəndə "hüquqlarını" sözündən sonra "ona aydın olan dildə" sözləri əlavə edilsin".
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












