Polkovnik idarə rəisi təyin olundu

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə yeni rəis təyin olunub.
Avtosfer.az bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovniki Rüfət Allazov adıçəkilən idarənin rəisi vəzifəsinə təyinat alıb.
Nazirin digər əmri ilə polis polkovniki Emil Səfərov DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəis müavini təyin edilib.
Qeyd edək ki, Allazov Rüfət Vaqif oğlu 1982-ci ildə Rusiyada anadan olub. 2005-ci ildə Azərbaycan DİN-in Polis Akademiyasını bitirib.
2000-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın istintaq qurumlarında, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müxtəlif vəzifələrdə xidmət edib, 2022-2025-ci illər ərzində DİN-in Katibliyinin rəis müavini və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifələrində işləyib.
Ailəlidir, bir övladı var.
İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin yeni rəis müavini Səfərov Emil Nizami oğlu 1987-ci ildə Bakı şəhərində anadan olub. 2010-cu ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirib.
2005-ci ilin avqust ayından daxili işlər orqanlarında xidmət edir. Paytaxtın Xətai rayonu Cinayət Axtarış şöbəsində əməliyyat müvəkkili, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühim işlər üzrə baş əməliyyat müvəkkili vəzifələrində xidmət etmiş, 2020-2025-ci illər ərzində şöbə rəisi vəzifəsində işləyib.
Ailəlidir, iki övladı var.
Xatırladaq ki, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov ötən il oktyabr ayında təqaüdə göndərilib./Yeni Sabah/
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO
Bakının bu ərazilərində dəmir yolu stansiyaları tikiləcək - VİDEO
Sabunçu rayonunun sakinlərinə ŞAD XƏBƏR: Dörd qəsəbəyə METRO ÇƏKİLƏCƏK
Bakıda tramvay şəbəkəsi üzrə 5 xətt və 3 depo layihələndiriləcək
Velosiped və skuter yolları ilə bağlı YENİ XƏBƏR
Mehdiabaddan "28 May"a tramvay xətti çəkiləcək
Kəmaləddin Heydərov polkovniki rəis təyin etdi - FOTO











