Prezident piyada keçidləri ilə bağlı yeni qaydaları təsdiqlədi

Prezident İlham Əliyev “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2015-ci il 29 dekabr tarixli 88-VQD nömrəli qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Avtosfer.az xəbər verir ki, dəyişikliyə əsasən, qanuna aşağıdakı məzmunda 40-5-ci maddə əlavə edilir:
“Maddə 40-5. Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər Avtomobil yollarında piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsinə dair tələblər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-1-ci maddəsinə uyğun olmalıdır».
Qeyd edək ki, qanunun 9-1-ci maddəsində qeyd olunur ki, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












