Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Avtosfer.az xəbər verir ki, sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1996–2007-ci illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
Təqaüdə göndərilən 43 yaşlı generala - Yeni vəzifə verildi
Svetoforlarda ağ işıq Azərbaycanda da tətbiq edilə bilər? – Ekspertdən AÇIQLAMA
Bakıda yeni marşrut xətti işə düşüb - Gedişhaqqı 55 qəpikdir
Xalq artistinin oğlunun rütbəsi artırıldı - Vəzifə verildi
Laçına Sumqayıtdan da reyslər açılır
Bəzi dayanacaqlara görə avtobuslar yolun ortasında dayanmalı olur; həll yolu nədir? - FOTO
Nazir beş nəfərə yüksək vəzifə verdi - FOTO
"Şamaxinka"da qaydalar belə dəyişir - Sürücülərin nəzərinə! - VİDEO
Kəmaləddin Heydərova iki müavin təyin edildi - Onlar kimdir?
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO










