Prospektdə hərəkətin təşkilində daha bir yenilik ediləcək - FOTO

Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkətində dəyişiklik ediləcək. Avtosfer.az xəbər verir ki, “Ağ şəhər” layihəsi çərçivəsində yenidən qurulan Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişdiyi ərazidə hərəkət svetaforla ikifazalı rejimdə nizamlanacaq. Bundan başqa, Nobel prospektində hər iki istiqamətdə geri dönmə yerlərinin açılması da nəzərdə tutulub. Geri dönmə hissələr kəsişmədən üzü Zığ istiqamətində 590 metrdən sonra, şəhər istiqamətində isə 380 metrdən sonra, Afiyəddin Cəlilov küçəsinin kəsişməsində yaradılacaq.
Qeyd edək ki, hərəkətin təhlükəsizliyi səviyyəsinin yüksəldilməsi və gələcəkdə yarana biləcək tıxacların aradan qaldırılması məqsədi ilə sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin bu cür təşkil olunması “Azəravtoyol” ASC-nin, DİN-nin BDYPİ-nin, BŞİH-nin və Nazirlər Kabineti yanında BNA-nin birgə razılığına əsasən gəlinib.
Elmin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













