Qara Qarayev prospektində təmir-tikinti işləri aparılır - FOTO
Nizami rayonu Qara Qarayev prospektində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə təmir-tikinti işləri aparılır. "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Avtosfer.az-a verilən məlumata görə, təmir işləri prospektin Şirin Mirzəyev küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan 2850 metrlik hissəsində aparılır. Burda 4 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 metr təşkil edir.
Təmir-tikinti işləri çərçivəsində prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (Neftçilər metrostansiyası) arasında yerləşən uzunluğu 750 metr, eni 12 metr, həmçinin Nəsimi küçəsi ilə kəsişmədən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 metr, eni 11 metr olan köməkçi yollarında da təmir işləri həyata keçirilir.
Hazırda prospektin əsas yolu boyunca köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi asfaltanması üçün hazır vəziyyətə gətirilir, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunuraraq asfaltlanır, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülür. Bundan başqa Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək (Dakar meydanı) olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunur.
Ümumilikdə prospekt boyunca təqribən 15 min paqon-metrə yaxın yeni səki daşının düzülməsi və 90 min m2-dən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərini quraşdırılması nəzərdə tutulub.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun olaraq yüksək keyfiyyətlə aparılır. Sözügedən işlər tam olaraq yekunlaşdıqdan sonra prospektdə hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılacaq.
Emin
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












