Qara Qarayev prospektinin bir hissəsi təmir edildi - FOTO

Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsi, daha dəqiqi prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 m-lik hissəsi yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə verilib. "Azəravtoyol" ASC-dən Avtosfer.az-a verilən məlumata görə, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunuraraq asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülüb, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunub.
Hazırda Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri həyata keçirilir. Bu üzdən prospektin Nəsimi küçəsi ilə kəsişməsindən sözügedən dairəyə doğru avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılıb.
Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən uzunluğu 715 m, eni 11 m olan köməkçi yolunda da təmir işləri bitib. Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri (Neftçilər metrosu) arasında yerləşən uzunluğu 750 m, eni 12 m olan köməkçi yolda isə təmir işləri davam etdirilir.
Ümumiyyətlə təmir-tikinti işləri prospektin sonuna qədər (Babək prospektinə kimi) 2850 m-lik hissədə davam etdiriləcək. 6 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 m təşkil edir. Prospekt boyunca təqribən 15 min paqon-metrə yaxın yeni səki daşının düzülməsi, 90 min m2-dən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, Qara Qarayev prospektində təmir işləri Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən aparılır. Artıq bu çərçivədə Nizami rayonunda bir-neçə küçədə təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb, bəzilərində hazırda da davam etdirilir. Təmiri yekunlaşdırılmış küçələr Mikayıl Əliyev (2.8 km), Bəkir Çobanzadə (2.3), Mehdi Abbasov (1 km), Naxçıvanski (850 m) və Nəsimi (620 m) küçələridir. Həmçinin Rüstəm Rüstəmov küçəsinin 1,3 km-lik hissəsində (M.Əliyev küç.-Q.Qarayev pr-ti arası) təmir işləri aparılaraq yekunlaşdırılıb, 700 m-lik bir hissəsində isə (Q.Qarayev pr-ti - Bakıxanov qəs. arası) bu istiqamətdə işlər davam etdirilir.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR

















