Qarda yeriyən avtomobil BAKIDA

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qışda qarlı hava şəraitində çağırışlara vaxtında yetişmək üçün xüsusi təcili və təxirəsalınmaz tibbi yardım avtomobillərindən istifadə edəcək. Avtosfer.az xəbər verir ki, bu barədə movqe.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib. O, hazırkı hava şəraiti ilə bağlı təcili yardıma çağırışların artmadığını söyləyib: “Hələki yollarımızda vəziyyət normaldır. Ona görə də sürüşərkən xəsarət alma ilə bağlı müraciət daxil olmayıb. Amma biz hər zamankı kimi gücləndirilmiş iş rejimində çalışırıq.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının hətta qar örtüyü 40 sm-ı keçdikdə belə çağırışlara vaxtında yetişməsi üçün xüsusi avtomobilləri var. Onlardan 3-ü ehtiyat saxlanılır. Xüsusi nəqliyyat vasitələri tırtıllı olduğundan, xüsusi başmaqlarla təhciz olunduğundan 40 sm-dən artıq qalınlıqa qarda hərəkət etmək imkanına malikdir. Bundan əlavə stansiyalara hər iki oxu çəkən avtomobillər paylanılıb ki, qarlı, buzlu yollarda rahatlıqla ucqar nöqtələrdə çağırışa vaxtında yetişmək imkanına malikdir. Gündəlik çağırışlara yollanan təcili tibbi yardım avtomobillərimiz də müasir avtomobillərdir. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası qışa tam hazır vəziyyətdədir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












