"Qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir - Azərbaycanda

Azərbaycanda "İpək yolu" turizm marşrutu üzrə "qatar turizmi"nin inkişaf etdirilməsi təklif edilir. Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov trend-ə deyib ki, bu vasitə ilə "İpək yolu" üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək olar.
Azərbaycanda qatar vasitəsilə turizmin hələ sovet dövründə mövcud olduğunu deyən M.Ağakərimov qeyd edib ki, qatar həm çox sayda turist daşıya bildiyindən, həm də turistlərə müxtəlif yerlərə ekskursiya imkanı verdiyindən onu ölkəmizdə inkişaf etdirmək sərfəlidir.
M.Ağakərimov hesab edir ki, Bakı-Tbilisi-Qars və Astara (İran) - Astara (Azərbaycan) dəmir yolu açıldıqdan sonra Azərbaycanda "qatar turizmi"ni inkişaf etdirmək olar.
Onun fikrincə, "İpək yolu" üzərində yerləşən Çin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, İran və Azərbaycan turist cəlb etmək üçün birgə marşrutlar hazırlamalıdır: "Bu yol Çindən başlayıb, Türkiyədə başa çatır. “İpək Yolu” üzrə bir neçə marşrut var. Onların bəziləri İrandan, bəziləri Orta Asiya - Qırğızıstan, Qazaxıstan, Özbəkistandan keçir. Buna görə də "İpək Yolu" üzrə bir deyil, bir neçə turizm proqramı tərtib oluna bilər. Marşrut istiqamətlərinə Rusiya da daxil ola bilər”.
M.Ağakərimov qeyd edib ki, "İpək yolu" üzərində yerləşən ölkələrdən Azərbaycana turist cəlb etmək üçün həmin ölkədən gələcək turistlərin maraqları, istəkləri öyrənilməli, bunun əsasında da proqramlar hazırlanmalı və həyata keçirilməlidir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












