Qatarların sürəti artırılacaq - 2020-ci ilədək

2020-ci ilədək Azərbaycanın dəmir yollarında qatarların sürətinin artırılması məqsədilə yenidənqurma işləri başa çatdırılacaq.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisə təqdim olunmuş “Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində qeyd olunub.
Layihəyə əsasən, 2017-2020-ci illərdə nəqliyyat şirkətlərinin tərkibində olan müxtəlif sahəli, o cümlədən əsas və yardımçı müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsi, dövlətsizləşdirilməsi və özəlləşdirilməsi nəzərdə tutulur.
Qeyd olunur ki, nəqliyyat kompleksinin qabaqcıl və sürətli inkişafı, yol-kommunikasiya sahələrinə investisiyaları cəlb edəcək, iri infrastruktur layihələrinin həyata keçirilməsi aşağıdakıları təmin edəcək:
- yol-kommunikasiya kompleksində müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafı;
- ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun inkişafı;
- Xəzər dənizində etibarlı multimodal nəqliyyat sisteminin yaradılması;
- tranzit yükdaşıma xidmətlərinə görə ƏDV-nin sıfır dərəcə ilə tətbiq olunması;
- dəmir yolunda qatarların sürətlərinin artırılması məqsədilə yenidənqurma işlərinin başa çatdırılması;
- beynəlxalq və daxili sərnişin uçuşlarının gəlirliyinin artırılması və rentabellik səviyyəsinin yüksəldilməsi;
- hava nəqliyyatı donanmasının müasirləşdirilməsi və modernləşdirilməsinin davam etdirilməsi.
Bundan başqa, layihədə bildirilir ki, əvvəlki illərdə olduğu kimi, növbəti illərdə də əhalinin əsasən aztəminatlı təbəqəsinin ən çox istifadə etdiyi metro nəqliyyatının dünya standartlarına uyğunlaşdırılması istiqamətində işlər görüləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












