Qaxda avtomobil yollarının yenidən qurulması işlərinə başlanılıb - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qaxda uzunluğu 12,5 km olan və Qax-Qaçqaçay-Armudlu avtomobil yolunun 11-ci km-dən ayrılan Aşağı Malax-Qaçqaçay-Armudlu yaşayış məntəqələrini əlaqələndirən avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işlərinə başlanılıb.
Bu barədə Avtosfer.az AAYDA-ya istinadən xəbər verir.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metr təşkil edir.
Aparılan işlər çərçivəsində layihənin Qaçqaçay hissəsində mövcud köhnə arx qazılaraq, yenisi çəkilib. Uzunluğu 830 metr olan yeni arxın ətrafına 640 p/m səki daşı düzülüb.
Bundan başqa, Qaşqaçay-Armudlu kənd yollarını birləşdirən 2 aşırımlı, 36 metr uzunluğa malik yeni avtomobil körpüsünün inşasına da start verilib. Hazırda körpünün kənar dayaqlarının tikintisi aparılır.
Layihə çərçivəsində hazırda işlər 1 500 metr uzunluğa malik Malax avtomobil yolunda aparılır. Ardıcıllığa uyğun olaraq bu hissədə artıq torpaq işləri və nəzərdə tutulan suötürücü boruların quraşdırılması yekunlaşıb. Hazırda yola 2 qat yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 3 yaşayış məntəqəsinin 1 600 nəfər əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılmaqla yol müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.
Azərbaycanın bütün bölgələrində dayanacaqlar yenilənir - Milyonlarla manat xərclənəcək
Yollarda həyat xilas edən yeni sistem: Zərbəni udur, qəza zamanı ölümdən qoruyur - VİDEO
Şəhid oğluna yüksək vəzifə VERİLDİ - FOTO
Əməkdar memardan Bakıda salınacaq tramvay xətləri ilə AÇIQLAMA
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni stansiyalar...
General yüksək vəzifəyə təyin edildi
Generallar indi polkovnik rütbəsində işləyəcəklər - FOTO
Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik
Sürücülərə şad xəbər - AYNA bu ərazidə tıxacı azaldacaq yenilik edəcək - VİDEO
Sərnişinlərə ŞAD XƏBƏR – Bu köhnə avtobuslar yenilənir
DSX generalı yeni vəzifəyə təyin edildi - FOTO














