Qazaxda yeni avtovağzal tikildi

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib. Avtosfer.az xəbər verir ki, bu haqda Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən azvision.az-a verilən məlumatda bildirilib. Rusiyanın Yekatrinburq şəhərində yaşayan azərbaycanlı iş adamı, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri Şahin Şıxlinskinin maliyyə dəstəyi ilə Qazax rayonunun İkinci Şıxlı kəndində beynəlxalq avtovağzal kompleksi inşa olunub. Layihə Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımızın Azərbaycana sərmayə qoyması çağırışına uyğun olaraq həyata keçirilib. Azərbaycanın qərb qapısı Qazax rayonun İkinci Şıxlı kəndi ərazisində istifadəyə verilən müasir standartlara uyğun beynəlxalq avtovağzal kompleksi nəqliyyat vasitələrinin fəaliyyətinin tənzimlənməsində, eləcə də şəhərlərarası və beynəlxalq daşımalarda əhəmiyyətli rol oynayacaq. Buradan Azərbaycanın müxtəlif bölgələri ilə yanaşı, Gürcüstana və Türkiyəyə də müntəzəm reyslərin açılması planlaşdırılır. Müasir memarlıq üslubunda tikilən ikimərtəbəli kompleksdə gözləmə zalı, ana və uşaq otağı, sürücülərin istirahət otağı, bilet kassası, tibbi müayinə otağı fəaliyyət göstərir. Komplekin ərazisində 20 nəfərlik otel də var. Yeni layihənin istifadəyə verilməsi ilə 120-ə yaxın adam işlə təmin olunub.
Qeyd edək ki, 30 ildir Rusiyanın Yekatrinburq şəhərində yaşayan və çalışan Şahin Şıxlınski eyni zamanda diaspor fəaliyyəti ilə məşğul olub. Ş.Şıxlinski 2004-cü ildən ÜAK Ural Federal Dairəsi üzrə regional bölməsinin rəhbəri, daha sonra ÜAK-ın vitse-prezidenti seçilib. O, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.
Sverdlovsk vilayətinin Qubernatoru yanında Milli məsələlər uzrə Məsləhət Şurasının üzvü kimi də fəaliyyət göstərən həmyerlimiz Azərbaycan Respublikası və Sverdlovsk vilayəti arasında iqtisadi və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə gorə müxtəlif mükafatlarla təltif edilib. Ş.Şıxlinski 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










