Qəzalı körpü bərpa edildi - FOTOLAR

Tovuz rayonunun Əlibəyli kəndi ərazisində leysan yağışları nəticəsində qəzalı vəziyyətə düşən körpü bərpa edilib. Sözügedən körpü 17 km uzunluğunda olan Hacallı - Təpəbaşı avtomobil yolunun 5-ci km-də Tovuz çayı üzərində yerləşlir. 2 aşırımlı dəmir-beton konstruksiyalı körpünün uzunluğu 27 metr, eni isə 7 metrdir. Aparılmış işlər zamanı körpünün kənar dayaqları bərpa edilib, bünövrəsinə beton məhlul tökülərək bərkidilib, yeni su tənzimləyici qurğular inşa edilib. Bundan başqa körpünün yanaşma yollarında da bərpa işləri aparılıb, yeni asfalt-beton örtüyü döşənib. Körpünün hərəkət hissəsi də əsaslı şəkildə bərpa olunaraq asfatlanıb, hər iki tərəfdə monolit betonla təkərqaytaranlar inşa edilib və yeni mühəccərlər quraşdırılıb.
Qeyd edək ki, bu ilin yaz-yay aylarında yağan leysan yağışlarının çaylarda suyun səviyyəsini artırması nəticəsində Tovuz çayı üzərində yerləşən avtomobil körpüsünün dayaqları və su tənzimləyici qurğuları yuyularaq qəza vəziyyətinə düşmüşdür.
Y-60-10 (17km) – Hacallı - Təpəbaşı avtomobil yolunun 5-ci km-də yerləşən körpünün parametrləri:
Körpünün uzunluğu - 27 metr
Aşırımın sayı - 2
Qabariti - 7 metr
Açıqlığı - 24 metr
Konustruksiyası - Metal
Sxemi - 2 x 12
Dayaqları - Demir beton
Hesabi yükü - H13, HQ-60
Körpünün bərpası üçün görülən işlər:
Torpaq işləri - 767 m3
Armatur karkasının toxunması - 8.1 ton
Beton işləri - 250 m3
Asfaltlama işləri - 610 m2
Məhəcərlərin quraşdırılması
və rənglənməsi - 54 p/m
Təkərqaytaranların monolit
betonla tikilməsi - 4.8 m3
Xətlənmə işləri - 66 m2
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq





















