"Qırmızı Körpü"nün təkmilləşdirilməsi layihəsinə start verilib - FOTO

Bu gün Azərbaycan və Gürcüstan arasında sərhəd keçid məntəqəsinin inkişaf etdirilməsinə dəstək üçün BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan Nümayəndəliyi və Dövlət Gömrük Komitəsinin birgə layihəsinə rəsmən start verilib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, bu məqsədlə Bakıda Gürcüstan və Azərbaycan gömrük xidmətləri, Avropa İttifaqının nümayəndəliyi, diplomatik korpus və UNDP-nin hər iki ölkə ofisinin nümayəndələrinin iştirakı ilə açılış tədbiri keçirilib.
"Azərbaycan və Gürcüstan arasında "Sınıq Körpü" (Qırmızı Körpü) sərhəd keçid məntəqəsinin təkmilləşdirilməsinə dəstək" adlanan bu layihənin 2 il ərzində icrası nəzərdə tutulub.
Aİ-nin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində bu layihənin icrasına Azərbaycan və Gürcüstana ümulikdə 2,666 mln. avro həcmində vəsait ayrılıb. Bu məbləğdən 1,8 mln. avro Azərbaycan tərəfinə təqdim olunub.
Aİ-nin Azərbaycandakı səfiri Malena Mard qeyd edib ki, Aİ layihənin uğurla reallaşması üçün lazımi dəstəyi göstərməyə hazırdır: "Layihə hər iki ölkə üçün çox əhəmiyyətlidir. Layihə çərçivəsində sanitar və fitosanitar nəzarət gücləndiriləcək. Hesab edirəm ki, bu 24 ay ərzində layihə uğurla həyata keçiriləcək".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












