Qonşu ölkədə hava taksiləri fəaliyyətə başlayır

Bu ilin noyabrından Gürcüstanda hava taksiləri fəaliyyətə başlayacaq. Hazırda "Adjara Group" şirkəti uçuşlara lisenziyanın alınmasını gözləyir. Lisenziya veriləndən sonra, təxminən noyabrın 15-də pilotlar birinci reyslərini həyata keçirəcəklər. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Gruziya Online”a şirkətin baş direktoru Valeri Çxeidze məlumat verib. Şirkətin marketinq direktoru Berişvilinin sözlərinə görə, bu mərhələdə şirkət marşrutların sxeminin hazırlamasını və qiymət siyasətinin istiqamətini müəyyən edir.
Şirkətə məxsus təyyarələr ABŞ-dan alınıb. Bunlar hərbi aviatexnika istehsal edən Amerika şirkəti "Beech Aircraft" tərəfindən buraxılan “Beechcraft” təyyarələridir. Berişvilinin bildirdiyinə görə, "Aviator" brendi adı altında fəaliyyət göstərəcək hava taksisi vasitəsilə Kazbeqi, Batumi, Svaneti regionuna və Gürcüstanın təyyarələrin enməsi üçün meydançalar mövcud olan digər ərazilərinə reyslər mümkün olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












