Quba rayonunda 4 istiqamət üzrə avtomobil yolları salınır – FOTO + VİDEO

Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən işlər davam etdirilir.
Avtosfer.az-a daxil olan məlumata görə, Rustov kəndindən 4 istiqamətdə 27 kilometrlik yolların tikintisi aparılır.
13 km olacaq Rustov-Xanəgah-Gürdəh avtomobil yolunun mövcud 6 km-lik hissəsi torpaq örtüklüdür. 7 kilometrlik hissəsində isə dağların və meşələrin arası ilə yeni yol salınır. 5,5 km-likRustov-Bağçalı-Yekdar avtomobil yolu da torpaq örtüklüdür.
2,5 km-lik Rustov-Məckəxacə və 6 km-lik Rustov-Nöydün-Şuduq avtomobil yolları isə çınqıl örtüklüdürlər. Hər bir 4 istiqamətdə gedən yolların mövcud eni 4-5 metr arası dəyişir.
Layihə çərçivəsində 2 hərəkət zolaqlı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılacaq, nəticədə yolun hərəkət hissəsinin eni 6 metr olacaq.
Hər iki istiqamət üzrə 2 metr enində çiyinlərin də tikilməsi nəzərdə tutulub.
Aparılan tikinti işləri çərçivəsində Rustov kəndində 2 körpü inşa edilib. Körpülərin birinin uzunluğu 9 metr, digərinin isə 18 metrdir.
Hər iki körpünün ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub.
Daha bir körpünün inşası isə Rustov-Nüydün-Şuduq yolunda aparılır. Bu körpünün də uzunluğu 18 metr, ümumi eni 9,4 metr, hərəkət hissəsinin eni isə 7 metr olacaq. Rustov-Bağçalı-Yekdar yolunda isə 1 ədəd su keçidinin inşası yekunlaşmaq üzrədir.
Hazırda hər 4 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılır. Bundan başqa yolların genişləndirilməsi başa çatdırılaraq, yol yatağının və yol əsasının inşaası, yamacların kəsilməsi işləri gedir.
Bütün işlər tərtib olunmuş qrafikə uyğun “Azəravtoyol” ASC rəhbərliyinin nəzarəti altında həyata keçirilir və qısa müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd edək ki, sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli asanlaşacaq.
Bundan başqa yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.
Bakıda bir neçə küçədə avtomobillərin hərəkəti həmişəlik qadağan ediləcək - FOTOLAR
Bakının daha bir prospekt və küçəsində velosiped zolaqları salındı - FOTOLAR
Bakıdan Tbilisiyə gedəcək qatar - FOTOLAR
İcazə sistemində DƏYİŞİKLİK - Baş nazirdən YENİ QƏRAR
Bir həftəyə Tbilisiyə qatarlar açılır - Nazirlik təsdiqlədi
Qafqazın ən böyük tunelindən kadrlar - VİDEO
Bakıda inşa ediləcək metro stansiyaları ilə bağlı YENİLİK
Azərbaycanda ilk: Ödənişi üztanıma ilə edə bilərsiniz - FOTO - VİDEO
Paytaxtın iki əsas kəsişməsində yeni svetoforlar istifadəyə verildi - FOTO
Azərbaycanda rəqəmsal xəritə ehtiyacı artır – Ekspertdən TƏKLİF
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş tətbiq olunacaq - FOTO










