Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - FOTO

Quba-Xınalıq avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq bərpa olunub, çay öz məcrasına qaytarılıb. Bir-neçə gün bundan öncə sel suları nəticəsində dağılmış körpülər və yol hissələri "Azəravtoyol" ASC-nin ağır texnikası və canlı qüvvəsinin fasiləsiz əməyi nəticəsində qısa müddət ərzində bərpa olunaraq vətəndaşların istifadəsinə açılıb. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, hazırda yol boyu bərpa işləri davam etdirilir, körpülərdə betonlama işləri aparılır.
Qeyd edək ki, sentyabr ayının 1-dən 2-nə keçən gecə aramsız yağan yağışlardan sonra Qudyalçayın öz məcrasından çıxması nəticəsində Quba-Xınalıq avtomobil yolunun 29 və 36-cı km-lik hissəsində yerləşən körpülər və yol dağılmış, avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayanmışdı.
Yolun təbii fəlakətdən sonrakı və hazırki fotolarını təqdim edirik:
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















