Qubalı ixtiraçı maşını telefonla uzaqdan işə saldı - FOTO

Məsafədən avtomobil işə salan cihaz, 3D formatlı ev kinoteatrı və kiçik həcmli robotlar. Bütün bunları Qubanın Əliməmmədoba kənd sakini, 39 yaşlı Valeh Zahirov başqalarının lazımsız bildiyi ehtiyat hissə və texniki avadanlıqlardan hazırlayır.
Avtosfer.az azərtac-a istinadən bildirir ki, texniki qurğulara uşaq yaşlarından həvəs göstərən V.Zahirov bir neçə ildir müxtəlif təyinatlı kiçik robotların, təhlükəsizlik və avtomatlaşdırma sistemlərinin yaradılması ilə məşğul olur. Onun ən böyük istəyi isə gələcəkdə ev işlərinə kömək edəcək robotun hazırlanmasıdır.
Valeh Zahirov hazırladığı qurğulardan artıq müxtəlif məqsədlər üçün istifadə edir. İxtiraçı şəxsi avtomobilini uzaq məsafədən telefon zəngi vasitəsilə işə salmaq üçün xüsusi avadanlıq da hazırlayıb. Dediyinə görə, bu avadanlıq bağların suvarılması üçün istifadə edilən motorların işlək vəziyyətə gətirilib-söndürülməsi üçün də istifadə oluna bilər.
Bundan başqa, V.Zahirov ev şəraitində filmləri 3D formatında izləmək üçün xüsusi proyektor da hazırlayıb. O, bunun üçün vəsait xərcləməyib. Cihazdakı bütün hissələr istifadəyə yararsız texniki avadanlıqlardan əldə olunub.
Başqalarının lazımsız bildiyi texniki avadanlıqlara, ehtiyat hissələrə yeni nəfəs verən Valeh Zahirov gələcəkdə əl işlərindən ibarət sərgi təşkil etməyi planlaşdırır.


Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












