Qusarda avtomobil yolu tikilir – VİDEO-FOTO

Qusar rayonunun Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq “Azəravtoyol” ASC tərəfindən müvafiq işlər davam etdirilir. Uzunluğu 25 km olan Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun bir hissəsi dağılmış asfalt-beton örtüklü, bir hissəsi isə torpaq-çınqıl örtüklü olub. Bu üzdən əvvəllər eni 5-6 metr olan yolla xüsusən payız-qış aylarında hərəkət xeyli çətinləşirdi. Yenidənqurma işləri çərçivəsində yol yatağının eni 11 metrə çatdırılıb. Bura 7 metr enində yolun hərəkət hissəsi, 0.5 metr enində bərkidici zolaqlar və 1.5 metr enində çiyinlər daxildir. Hazırda torpaq işləri yekunlaşdırılaraq yolun asfaltlanması həyata keçirilir. Ümumilikdə 200 min m2 sahəyə 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.
Yolun yenidən qurulması layihəsi çərçivəsində suların ötürülməsi üçün nəzərdə tutulmuş mövcud su boruları və su keçidləri bərpa olunub, zəruri olan yerlərdə yeni boruların salınması işləri aparılıb. İmamqulukənd və Köhnə Xudat kəndləri ərazisində 1 km uzunluğunda beton küvetlər və 500 m uzunluğunda beton arxlar tikilib, sözügedən kəndlərin giriş hissəsində sürüşmələrin qarşısını almaq məqsədi ilə 200 metrdən çox istinad divarları inşa edilib.
Vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 5 min paqon-metr uzunluğunda, 1.5 metr enində yeni piyada səkiləri tikilib, kənarlarına səki daşları düzülüb. Bundan başqa yolun 9 və 14-cü km-lik hissələrində yerləşən uzunluqları müvafiq olaraq 12 və 10 metr, enləri isə 7 metr olan mövcud körpülər təmir edilib, bəndlərin bərkidilməsi və su nizamlayıcı qurğuların tikintisi işləri aparılıb.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Tikinti işlərinin avqust ayı ərzində yekunlaşdırılması nəzərdə tutulub. İşlər bitdikdən sonra avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, piyada zolaqlarının və üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd edək ki, Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisi ilə 11 yaşayış məntəqəsinin 12 min nəfər əhalisinin rayon mərkəzinə və Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq, onların yoldan istifadə edərək tədarük etdikləri kənd təsərrüfatı məhsullarını və meyvə-tərəvəzi qısa vaxt ərzində xarab olmadan istədikləri ünvanlara çatdırmağa imkan yaranacaq, həm də sözügedən ərazidə turizm potensialı daha da artacaq.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR


















